EN

Bu il Azərbaycanda 40 nəfər istehlakçıların aldadılması ilə bağlı müraciət edib

Azərbaycanda istehlakçıların malın ölçüsü, çəkisi və hesabına dair aldadılması ilə bağlı 2024-cü il ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 319, bu ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciət edib.

Bu barədə Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı "İstehlakçı hüquqları" mövzusunda keçirilən təlimdə bildirib.

O qeyd edib ki, aparılan araşdırmalar nəticəsində ötən il 13 sahibkarlıq subyekti barəsində 24 inzibati xəta protokolu tərtib edilib.

Bu ilin ilk iki ayı ərzində isə 4 sahibkarlıq subyekti barəsində inzibati tədbir görülüb.

Chosen
3
5
aznews.az

6Sources