Türkiyənin ən adlı-sanlı məşqçilərindən biri Fatih Terimin çalışdırdığı “Əl-Şabab” klubu Səudiyyə Ərəbistanı çempionatında uğurlu çıxışını davam etdirir.
Vətəninfo.az xəbər verir ki, komanda son turda “Əl-Oruba”nı doğma azarkeşlər önündə darmadağın edib – 6:0.
Bu, Fatih Terimin yeni klubunda ən böyük hesablı qələbə olub.
Qalibiyyət sayəsində 6-cı pillədəki mövqeyini qoruyan “Əl-Şabab” “ilk 5-lik”lə xal fərqini azaldıb. Çempionatın sonuna 9 tur qaldığını nəzərə alsaq, Asiya Çempionlar Liqasına vəsiqə verən 3-cü yerə çatmaq üçün nəzəri şansların olduğunu söyləmək olar.
Qeyd edək ki, Fatih Terim bu ilin yanvarından “Əl-Şabab”a rəhbərlik edir. O, komandanı indiyədək 13 oyuna çıxarıb: 7 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə.