Türkiyə kubokunda 1/4 final mərhələsi oyunlarının vaxtı açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” – “Qalatasaray” matçının da günü bəlli olub. Oyun aprelin 2-si keçiriləcək. Görüşə Bakı vaxtilə saat 21:45-də start veriləcək.
Qeyd edək ki, 1/4 final mərhələsi matçı tək görüşdən ibarət olacaq və cavab görüşü olmayacaq.