EN

Belarusda 122 mm-lik raketlərin atış sınağı keçirilib

Belarus Dövlət Hərbi Sənaye Komitəsi Müdafiə Nazirliyi ilə birlikdə “BelQrad” yaylım atəşli reaktiv sistemlər (YARS) üçün yerli olaraq hazırlanmış qəlpəli-fuqas başlıqlı 122 mm-lik raketlərin atış sınağını keçirib.

“Poliqon” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən xəbər verir ki, sınaq zamanı 122 mm-lik raketlər yüksək nəticələr göstərib.

Sözügedən raketlərin müxtəlif məsafələrə atışlarda taktiki-texniki xüsusiyyətləri, müasir hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla döyüş şəraitinə maksimum yaxın şərtlərdə yoxlanılıb.

Qeyd edilib ki, sınaq nəticələri ilə müştəri tərəfindən irəli sürülən bütün tələblər təsdiqlənib.

Chosen
6
poliqon.az

1Sources