EN

Bu şəxslər üçün də “dəfn pulu” verilə BİLƏR – TƏKLİF

“İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib”.

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Musa Quliyev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.

Deputat işləməyən şəxslərə də dəfn xərclərinin verilməsi məsələsinə baxılmasını təklif edib:

"Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara  dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın".

Günay Şahmar, Bizim.Media

Chosen
15
20
bizim.media

10Sources