EN

Aİ Rusiyaya təzyiq üçün sanksiyaları uzatdı

Avropa İttifaqı (Aİ) təxminən 2400 rusiyalı şəxs və təşkilata qarşı tətbiq etdiyi sanksiyaların 6 ay uzadılmasına qərar verib.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında Rusiya-Ukrayna müharibəsi səbəbilə Rusiya fərd və qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlərin uzadıldığını açıqlayıb.

AB-nin Rusiyaya təzyiqlərini artırdığını qeyd edən von der Leyen, "Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü səbəbilə təxminən 2400 şəxs və təşkilata qarşı sanksiyalarımızı uzadırıq"-deyib.

Von der Leyen sanksiya siyahısında olanların səyahət qadağalarına məruz qaldığını, aktivlərinin dondurulduğunu və resursların göndərilməsinin qadağan edildiyini xatırladıb.

Aİ ölkələrinin qəbul etdiyi qərara uyğun olaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin müddəti sentyabrın 15-dək uzadılıb.

Fərdi sanksiyalar hər 6 aydan bir yenilənməlidir.

Hazırkı fərdi sanksiyaların müddəti martın 15-də başa çatmalı idi. Uzun müddətdir bəzi şəxslərin siyahıdan çıxarılmasını tələb edən Macarıstan sanksiyaların uzadılması qərarına veto qoyub.

Siyahıdakı şəxslərin və təşkilatların əksəriyyəti Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına salınıb.

Aİ də müharibə səbəbindən indiyədək Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
16
2
turkustan.az

4Sources