EN

Cənubi Qafqaz strateji əhəmiyyətinə görə Trampın maraq dairəsində olmaya bilməz -ŞƏRH

 Stiven Uitkoffun Bakıya enməsi doğru məlumatdırsa, demək Ağ Ev fürsətdən istifadə edərək əlverişli məqamı əldən qaçırmayıb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk edib.
 Bu barədə "Flightradar" portalının məlumatında qeyd olunur. 
Xidmətin məlumatına görə, Stiven Uitkoffun olduğu təyyarə Moskva vaxtı ilə saat 01:54-də hava limanından havaya qalxaraq cənuba istiqamət alıb. Həmin təyyarənin Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına endiyi qeyd olunur.


Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Stiven Uitkoff Donald Trampın ən etibar etdiyi adamlardan biridir və ona çox həssas məsələlərlə bağlı tapşırıqlar verir: 

“Hesab edirəm ki, Stiven Uitkoffa Moskvaya çatdırması üçün Rusiya istiqamətindən çox ciddi mesajlar tapşırılıb. Burada ilk sırada olan məsələ Ukrayna böhranı və həll yolunun müzakirəsidir. İlk gündən Moskvanın Tramp və Zelenskinin danışıqları ətrafında qəbul olunan qərarlarla bağlı heç vaxt birmənalı razılıq verməyəcək. Ona görə də faktiki olaraq bu məsələylə bağlı konsensusun tapılması kifayət qədər vaxt aparacaq. Stiven Uitkoff Amerikadan mesajlar gətirdiyi kimi Rusiyadan da müəyyən fikirləri geri qaytaracaq. Bəzi ekspertlər deyirdilər ki, Donald Trampı Cənubi Qafqaz maraqlandırmayacaq. Lakin Cənubi Qafqaz öz mahiyyətinə və strateji əhəmiyyətinə görə Trampın maraq dairəsində olmaya bilməz. Düzdür, Amerika  bir qədər Azərbaycanda fəaliyyətini dayandırıb. Amma Stiven Uitkoffun Bakıya enməsi doğru məlumatdırsa, demək Ağ Ev fürsətdən istifadə edərək əlverişli məqamı əldən qaçırmayıb. Bakı Avrasiya məkanının ən yaxşı paytaxtlarından biridir. Digər tərəfdən isə Qərbi Asiyanın yerləşdiyi yerlərdə qərar tutduğu şəhər kimi beynəlxalq səviyyəli danışıqlar baş tutur. Bakı təkcə danışıqlar meydanı təqdim etmir, eyni zamanda bir çox vacib məsələlərdə iştirakı mövcuddur. Bunlarla bağlı Amerikanın öz mövqeyi var və İlham Əliyevin diqqətinə çatdırmaq niyyətindədirlər. Yaxın zamanlarda sözügedən məsələylə bağlı daha dəqiq məlumatlar əldə edəcəyik. Azərbaycan enerji və təhlükəsizlik məsələsində də Amerikayla sınanmış müttəfiqliyə malikdir”.
Chosen
5
sherg.az

1Sources