EN

İslam Dünyası Elmlər Akademiyasının sabiq baş direktoru: Bakı Qlobal Forumu dünyada bir nömrəli siyasi forumdur

Bakı, 14 mart, AZƏRTAC

Mən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etmişəm. Bu tədbir həmişə çox intensiv şəkildə keçir. Burada çoxlu ikitərəfli görüşlər, panel iclasları keçirilir. Hesab edirəm ki, Qlobal Bakı Forumu dünyada bir nömrəli siyasi forumdur.

Bu barədə AZƏRTAC-a müsahibəsində XII Bakı Qlobal Forumun iştirakçısı, İslam Dünyası Elmlər Akademiyasının sabiq baş direktoru Monif Zoubi deyib.

“Mən demək olar ki, bütün sessiyaları yaxından izləyirəm. Həmçinin rəsmilərlə, tədqiqatçılarla, o cümlədən azərbaycanlı rəsmilərlə görüşlər keçirirəm. Forum hamımızı maraqlandıran və narahat edən mühüm mövzuları ehtiva edir. Biz hər zaman bu cür tədbirlərdə iştitarak etmək niyyətindəyik. Çünki dünyanın hər yerində - istər Avropada, istərsə də Yaxın Şərqdə çoxlu sayda həlli tələb olunan münaqişələr mövcuddur. Bu cür tədbirlər isə siyasətçilərə qeyri-rəsmi şəkildə həll yolları tapmağa imkan yaradır”, - deyə Monif Zoubi vurğulayıb.

 

Chosen
2
azertag.az

1Sources