Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Modern.az xəbər verir ki, Kremlin məlumatına görə, Ermənistanın baş naziri Rusiya prezidentinin dəvətini qəbul etdiyini və mayın 9-da Moskvada Ifaşizm üzərindəki qələbənin 80 illiyi ilə bağlı keçiriləcək yubiley tədbirlərində iştirak edəcəyini təsdiqləyib.
Bildirilir ki, qarşılıqlı faydalı Rusiya-Ermənistan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı bəzi məsələlərə toxunulub.