EN

Anar Quliyev: "Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukraynada bərpa prosesi ilə bağlı müəyyən layihələr hazırlanır. Lazım olacağı təqdirdə Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanın bir sıra tərəfdaş ölkələrə yardım göstərməyə hazır olduğunu deyib:
"Hələlik Suriyada bərpa işlərində iştirakla bağlı komitənin qarşısında məsələ qoyulmayıb. Əvvəlki dövrlərdə Türkiyədəki zəlzələdən sonra Azərbaycan dəstək göstərdi, maliyyə ayırdı və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə bir məhəllə yenidən quruldu".
Məhərrəm Əliyev
Chosen
16
oxu.az

1Sources