NATO-nun baş katibi Mark Rutte 2025-ci ildə Ukraynada hərbi əməliyyatların dayandırılması ehtimalını alqışladığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Bloomberg-ə müsahibəsində bildirib.
“Bəli, mən optimistəm… Bu illə bağlı ehtiyatlı nikbinəm, amma ümid edirəm ki, bu, daha tez baş verəcək”, – alyansın baş katibi deyib.
Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Kiyev Moskvanın oxşar addımı atmağa hazır olacağı təqdirdə 30 günlük atəşkəsə razılaşıb. Vaşinqton da öz növbəsində Ukraynaya yardımı dərhal bərpa etdiyini açıqlayıb. Bundan əlavə, tərəflər mineral ehtiyatlar üzrə sövdələşmə haqqında razılığa gəliblər.