EN

Yamal sosial mediada şərhləri oxumur: Səbəbini açıqladı

“Barselona”nın 17 yaşlı cinah oyunçusu və İspaniya millisinin heyətində Avropa çempionu Lamin Yamal sosial media haqda danışıb.

Publika.az xəbər verir ki, Yamal sosial şəbəkələrdə şərhləri oxumadığını bildirib.

“Birinci ildə sosial mediada şərhləri oxuduğumu xatırlayıram, lakin Avro-2024-dən əvvəl insanlar Niko Uilyamsla mənim ispan olmadığımı yazmağa başlayanda bunu dayandırdım.

Adətən sizin haqqınızda pis şeylər yazanda bu, onların azarkeşlik etdiyi komandada olmamağınızdan irəli gəlir, yaxşı şeylər yazanda isə əksinə olur. Əgər kimisə dinləməliyəmsə, bu, məşqçi, kapitanlar, komandadakı insanlar, mənim ailəmdir. Bunlar fikirləri önəmli olan insanlardır”, – Yamal DAZN-ə müsahibəsində deyib.

Chosen
34
1
publika.az

2Sources