Bu gün Misli Premyer Liqasında XXVII tur çərçivəsində  2 görüş keçiriləcək.

Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşması Tovuz şəhər stadionunda baş tutacaq. 

Premyer Liqada yerini qorumaq üçün mübarizə aparan "Kəpəz" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək.

Turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların oyunu saat 17-də başlanacaq. 

15 mart (şənbə)
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev 
Tovuz şəhər stadionu, 17:00