EN

Məmməd Alpayın da həbs edildiyi deyilir


Bəşir Süleymanlı ilə birgə saxlanılan Məmməd Alpayın da həbs edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub:
“Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Məmməd Alpay barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Məmməd Alpay Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, daha öncə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs edildiyi barədə məlumat yayılıb
Chosen
12
15
yeniavaz.com

10Sources