EN

“Putin bu müharibədən çıxa bilməz" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinin müharibənin davam etməsini istədiyini bildirib və deyib: “Putin bu müharibədən çıxa bilməz, çünki onda heç nə qalmayacaq”.

News24.az xəbər verir ki, Zelenski sosial mediada yayımladığı yazılı açıqlamada ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 30 günlük atəşkəs təklifini yüksək qiymətləndirib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdə Ukraynanın ABŞ-ın təklif etdiyi “30 günlük fövqəladə atəşkəs”i qəbul etdiyini xatırladan Zelenski bunun müharibənin sona çatması üçün mühüm addım ola biləcəyini vurğulayıb.

Putinin təkliflə bağlı dünənki açıqlamalarına toxunan Zelenski Putinin bir sıra şərtlər irəli sürdüyünü bildirib.

“O, atəşkəs istəmir. Ona müharibə lazımdır. Həmişə aydın olub, indi də aydındır”, - deyə o yazıb.

Onun fikrincə, ABŞ Rusiyaya təzyiq etməlidir. “Putin özü müharibəni dayandırmayacaq, amma Amerikanın gücü onu buna məcbur etmək üçün kifayətdir”, - deyə vurğulayıb.

Zelenski iddia edib ki, Rusiya lideri Putin müharibəni sona çatdırmaq üçün diplomatiyanı “uğursuzluğa” çatdırmaq üçün mümkün olan hər şeyi etməyə çalışır: “Putin bu müharibədən çıxa bilməz, çünki onda heç nə qalmayacaq”.

Prezident qeyd edib ki, Putin bundan əvvəl Minsk danışıqlarında danışıqlar prosesini qəsdən ləngitməyə cəhd edib: “Putinin irəli sürdüyü hər bir şərt diplomatiyanın bütün növlərinə mane olmaq cəhdidir. Rusiya belə işləyir”.

Atəşkəsi təmin etmək üçün Amerika tərəfi ilə effektiv və tez işləməyə hazır olduqlarını vurğulayan Zelenski yekunlaşdırıb:

“Biz müharibə oyunları oynamaq istəmirik. Müharibənin hər günü xalqımızın itkisidir və bu, bizim ən dəyərli şeyimizdir”.

Aynurə


Chosen
11
1
news24.az

2Sources