EN

Tramp: İŞİD lideri İraqda zərərsizləşdirilib

ABŞ Prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin zərərsizləşdirildiyini açıqlayıb.

O, bu barədə "Truth Social"da yazıb.

"Bu gün İraqda İŞİD-in fərari lideri öldürüldü. Cəsur hərbçilərimiz onu yorulmadan ovladılar”, - Tramp yazıb.

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

Martın 14-də İraqın Baş naziri və Ali Baş komandanı Məhəmməd əl-Sudani İŞİD liderlərindən birinin "Əbu Xədicə” ləqəbli olduğunu elan edib. Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri bu əməliyyatı beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə həyata keçirib.
 
 

Chosen
17
6
7news.az

7Sources