EN

Jurnalist mikrofonu Trampın ağzına soxdu – Prezidentin reaksiyası hadisəyə çevrildi - VİDEO

ABŞ prezidenti Donald Tramp, jurnalistin mikrofonu gözlənilmədən birbaşa "ağzına soxması" qarşısında təəccüblənib.

Hadisə prezidentin çıxışı zamanı baş verib və sosial mediada geniş müzakirələrə səbəb olub.

Mikrofonun qəfil üzünə dirəndiyini hiss edən Tramp öncə gözlərini iri açaraq jurnalistə baxıb. Lakin vəziyyəti tez toparlayaraq ironiya ilə gülümsəyib və özünəməxsus zarafatı ilə cavab verib:

“Bu, bu axşam böyük xəbərə çevrildi, elə deyil? Bunu gördünüz?”

Sosial şəbəkələrdə hadisənin görüntüləri sürətlə yayılmağa başlayıb. Video BNO News Live və Brick Suit tərəfindən paylaşılıb və artıq minlərlə istifadəçi tərəfindən izlənilib və şərh edilib.

İstifadəçilər arasında fərqli reaksiyalar var. Bəziləri Trampın reaksiyasını sakit və hazırcavab hesab edərək onu təqdir edib, digərləri isə jurnalistin hərəkətinin peşəkarlıqdan uzaq olduğunu bildiriblər.

Bu hadisə bir daha göstərdi ki, Tramp və media arasında qarşılıqlı münasibətlər hələ də gərgin və eyni zamanda əyləncəlidir.

Mənbə: musavat.com

Chosen
10
musavat.com

1Sources