EN

Azərbaycanın İrandan idxal etdiyi kərə yağı - 49% BAHALAŞDI

2025-ci ilin yanvar ayı ərzində Azərbaycan İrandan 5,5 milyon dollar dəyərində 887 ton  kərə yağı idxal edibb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,7 milyon dollar(3,2 dəfə), miqdar ifadəsi ilə 471 ton (2,1 dəfə) artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvarında Azərbaycan İrandan 1,7 milyon dollar dəyərində 417 ton kərə yağı idxal edib.

Bu dövrdə 1 kq kərə yağının orta idxal qiyməti 10,51 manata bərabər olub ki, bu da illik 3,46 manat (49%) artım deməkdir.

Ötən ilin müvafiq dövründə isə 1 kq yağın orta idxal qiyməti 7,05 manat olub.

Chosen
24
fed.az

1Sources