EN

Qəzzada ölən jurnalistlərin sayı açıqlandı

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda yaralanan daha bir mətbuat əməkdaşı həyatını itirib.

Bununla da hücumlarda həyatını itirən mətbuat mənsublarının sayı 206-ya yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Fələstin Jurnalistlər Forumu İsrailin Qəzzanı bombalaması nəticəsində yaralanan jurnalist Əla Əsəd Haşimin dünyasını dəyişdiyini açıqlayıb.

Forum Haşim üçün başsağlığı mesajı yayıb və beynəlxalq ictimaiyyətin fələstinli jurnalistləri müdafiə etməməsini pisləyib.

Qeyd olunub ki, jurnalistlər beynəlxalq hüquq və humanitar sazişlər çərçivəsində öz peşələri ilə sərbəst məşğul ola bilməlidirlər.

Bu ölümlə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları nəticəsində həyatını itirən fələstinli jurnalistlərin sayı 206-ya yüksəlib.

Chosen
3
cebheinfo.az

1Sources