EN

Mingəçevirdə qəza: Bir neçə ağac qırıldı (FOTOLAR)

Mingəçevirdə idarəetmədən çıxan avtomobil yaşıllıq zolağına girib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gəncə şossesindən giriş istiqamətində baş verib.

Belə ki, "Opel" markalı maşın işıq dirəyinə çırpılaraq onu aşırıb və yol kənarındakı yaşıllıq zolağına düşüb.

Nəqliyyat vasitəsi bir neçə ağacı  qıraraq yarasız hala salıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
8
3
unikal.az

4Sources