EN

“Bizim həyət” çərçivəsində yaradılan məhəllələrdə Novruz bayramı qeyd edilir

Novruz bayramı paytaxtın Xətai və Yasamal rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayram tədbirində iştirak ediblər.

Bayramda Novruz atributları, milli mətbəxin və milli geyimlərin nümunələri nümayiş etdirilib.

Qeyd edilib ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.

“Bizim “Bizim “Bizim “Bizim
Chosen
15
1
apa.az

10Sources