EN

Ronaldo baş məşqçinin qərarına narazılıq etdi

Səudiyyə Ərəbistanı çempionatının 25-ci turunun "Əl-Xolud"la oyununda ikinci hissədə əvəzlənən "Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldo bundan narazı qalıb.

Publika.az xəbər verir ki, ikinci hissədə 3:0 hesabı ilə Ər-Riyad klubu on nəfərlə qalıb. Navaf Əl-Buşal qırmızı vərəqə alıb. Bir neçə dəqiqə sonra baş məşqçi Stefano Pioli 40 yaşlı ulduzu əvəzləyib.

61-ci dəqiqədə meydandan kənarlaşdırılan Kriştiano Piolinin əlini sıxıb və soyunub-geyinmə otağına yollanıb. Eyni zamanda ulduz futbolçu qərardan narazı qaldığını hərəkətləri ilə hiss etdirib.

Qeyd edək ki, Ronaldo 4-cü dəqiqədə komandasının görüşdəki ilk qolunu vurub. Matç isə 3:1 hesabı ilə "Əl-Nəsr"in xeyrinə başa çatıb.

Chosen
9
publika.az

2Sources