EN

Bu gedişlə Tehranda yaşamaq mümkün olmayacaq - Pezeşkian

Bakı. Trend:

Hazırkı inkişaf prosesinin davam etməsi ilə Tehranda yaşamaqmümkün olmayacaq.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (15mart) Tehranda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Tehran şəhərinin ərazisi ölkə ərazisinin1%-ni də təşkil etmir. Lakin ölkə əhalisinin 20%-dən çoxu Tehranşəhəri sakinidir. Ehtiyatlar və xərclər düzgün tənzimlənmədiyihalda, şəhər idarəçiliyi böyük problemlərlə üzləşəcək.

“Paytaxtın Tehrandan köçürülməsi həll yollarından biridir. Ammabu, əsas məsələ deyil. Əsas məsələ ehtiyatların düzgün formadaistifadə olunmasıdır”, - deyə o qeyd edib.

İran prezidenti qeyd edib ki, Tehran şəhərinə köç idarəolunmalıdır. Tehran şəhərinin artıq böyük ölçüdə sakin qəbul etməkpotensialı yoxdur.

Pezeşkian əlavə edib ki, bu il və gələn il Tehranda yağıntılarınazalması gözlənilir: "Bu məsələ düzgün şəkildə idarə olunmadığıhalda, Tehran sakinsiz şəhərə çevriləcək. Ehtiyatları az olanşəhərin durmadan inkişaf etməsi qəbuledilməzdir".

Məqalədə:
Chosen
4
3
az.trend.az

4Sources