Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.
"AzPolitika" "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib.
Bildirilir ki, partlayışa avtomobildə quraşdırılmış qaz balonu səbəb olub.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Lökbatan qəsəbəsində də qazla çalışan avtomobildə partlayış olmuş və bir nəfər xəsarət almışdl.