Bakı. Trend:
Süni intellekt və qabaqcıl texnologiyalar sahəsində ABŞ və Çinarasında əməkdaşlıq qlobal təhlükəsizlik baxımından son dərəcəvacibdir.
Trend xəbərverir ki, bunu 2009-2011-ci illərdə Yunanıstanın baş naziri olmuşQeorgios Papandreu XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən"Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panelmüzakirəsində etdiyi çıxışda söyləyib.
"Bu gün əsas suallardan biri budur: süni intellekt və qabaqcıltexnologiyalara nəzarət kimə məxsusdur? Süni İntellekt üzərindəhakimiyyət məhdud sayda insanın əlində cəmləşib, yoxsa butexnologiyalar cəmiyyətin maraqlarına uyğun şəkildə idarə olunur?Qərb ölkələrində, xüsusilə ABŞ-da biz texnloji oliqarxlarınəllərində nəzarətin getdikcə daha çox cəmləşdiyini müşahidə edirik.Qabaqcıl texnologiyalar üzərində hakimiyyət getdikcə dahaqeyri-bərabər şəkildə bölüşdürülür və ictimai nəzarətdən kənarqalır", - deyə o bildirib.
Papandreu vurğulayıb ki, əsas məsələ bu texnologiyaların necəistifadə olunacağıdır: hakimiyyət və elitaların təsirinigücləndirmək, vətəndaşlara nəzarət etmək, yoxsa cəmiyyətin rifahınaminə – xəstəliklərin müalicəsi, diaqnostikanın yaxşılaşdırılması,təhsilin inkişafı və iqlim dəyişikliyinə qarşı mübarizə üçün.
Onun sözlərinə görə, geosiyasi rəqabət texnologiyaları artıqqlobal liderlik uğrunda mübarizə alətinə çevirib və bu son dərəcətəhlükəlidir. Süni intellektin kütləvi qırğın silahları iləbirləşməsi nəzarətdən çıxa bilər.
"Biz bu sistemlərin necə işlədiyini həmişə tam anlamırıq, bu isəriskləri artırır. Məhz buna görə də beynəlxalq əməkdaşlığın, ocümlədən ABŞ və Çin arasında qarşılıqlı əlaqənin qurulması sondərəcə vacibdir. Siyasi fikir ayrılıqlarından asılı olmayaraq, süniintellekt və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıqzəruridir”,- deyə o vurğulayıb.