EN

Paşinyanın HİYLƏGƏR GEDİŞİ: Nikol sülhlə bağlı Makrona yox, Putinə bu səbəbdən zəng edib - YENİ MƏQAMLAR

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə niyə əvvəlcə yaxın dostu Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmağa qərar verib? Hiyləgər gedişdir. Birincisi, Paşinyan Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahatdır. Ona görə də o Putinlə münasibətləri istiləşdirməyə çalışır”.

Turkustan.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikir səsləndirib.

Elxan Şahinoğlu

“Ermənistanın baş nazirinin Rusiya Prezidentinin dəvətini qəbul edərək mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirakını təsdiq etməsi də bununla bağlıdır. İkincisi, Nikol Paşinyan telefon zəngi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi qabaqlamaq istəyib. Məsələ burasındadır ki, Azərbaycanın sərnişin təyyarəsi qəzasıyla bağlı Moskva Bakının istəklərini hələ yerinə yetirməyib. Belə olan halda İlham Əliyevin rusiyalı həmkarına zəng edib Kreml sahibini İrəvanla əldə edilən razılaşma barədə məlumatlandırması problematikdir. Ancaq bu zənglər Paşinyana xüsusi üstünlük qazandırmır. Sülh sazişinin imzalanması birinci növbədə Paşinyana lazımdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlaya bilsin. Ancaq onun atacağı daha iki addım var. O, Konstitusiyada zəruri dəyişiklik etməli və Zəngəzur dəhlizinin açılmasını ləngitməməlidir”, – politoloq vurğulayıb.

Chosen
4
2
turkustan.az

9Sources