EN

Keçmiş məhkumlar narkotiklə saxlanıldı

Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a bildirilib ki, daxil olan məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuşlar – 47 yaşlı R.Ağayev və 46 yaşlı R.Abdulov saxlanılıblar.

Onların üzərindən, həmçinin yaşadıqları evlərə baxış zamanı 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Chosen
13
2
avtosfer.az

10Sources