EN

Neftimizin qiyməti artdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları artaraq 73,32 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 73,21 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

 

Chosen
10
17
qafqazinfo.az

10Sources