EN

Mikayıl Cabbarovdan Avropa çempionatında uğur qazanan güləşçilərimizlə bağlı PAYLAŞIM

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatı ilə bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, o, “X” hesabında güləşçilərimizin yüksək nəticə göstərdiyini vurğulayıb və komandanı təbrik edib.

Cabbarov bildirib ki, sərbəst güləş üzrə millimiz rekordunu yeniləyərək yenidən Avropa çempionu olub: “Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında güləşçilərimiz 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazandılar. Sərbəst güləş üzrə millimiz öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu oldu. Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazandı. Qadın güləşi üzrə millimiz 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında növbəti dəfə Avropa üçüncüsü oldu. Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu, Əsmər Cankurtaran (50 kq) isə bürünc medalçı oldu. Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazandı. Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik”.

İdman.biz

Chosen
78
9
idman.biz

10Sources