EN

Fransada həddindən artıq isti hava 3700-dən çox can aldı

BAKI, TurkicWorld

Fransada ötən il həddindən artıq istilər səbəbindən 3711 nəfər həyatını itirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Fransa Xalq Sağlamlığı Agentliyinin yaydığı rəsmi statistikaya əsasən, ölənlərin əksəriyyəti – 75 yaş və daha yuxarı olan şəxslərdir.

2024-cü ilin yayı ölkə tarixində qeydə alınan səkkizinci ən isti yay olub. İstilik dalğası səbəbindən 17 mindən çox şəxsə təcili tibbi yardım göstərilib, 10 mindən çox insan isə hipertermiya, susuzluq və hiponatremiya kimi problemlərlə xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmə nəticəsində Avropa ölkələri, o cümlədən Fransa, gələcəkdə daha sərt və uzunmüddətli isti dalğalarla qarşılaşa bilər. Hakimiyyət orqanları isə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün yeni tədbirlərin görülməsinin vacibliyini vurğulayır.

Chosen
12
turkic.world

1Sources