Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.
Axar.az Trend-ə istinadla xəbər verir ki, turnirdə ən çox qazanan komanda "Bavariya" olub – Münhen təmsilçisi 106 milyon avro gəlir əldə edib.
PSJ və "İnter" siyahıda növbəti pillələrdə qərarlaşıb. 1/4 finala yüksələn komandalar arasında ən az qazanc əldə edən isə "Aston Villa" olub – 83,7 milyon avro.
Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar aşağıdakılardır:
"Bavariya" – 106 milyon avro
PSJ – 104,4 milyon avro
"İnter" – 103,1 milyon avro
"Borussiya" D – 102,2 milyon avro
"Arsenal" – 102 milyon avro
"Real Madrid" – 101,8 milyon avro
"Barselona" – 101,6 milyon avro
Qeyd edək ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının büdcəsi 2,47 milyard avro təşkil edir. Bu vəsait turnirdə iştirak edən 36 komanda arasında nəticələrə əsasən bölüşdürüləcək.