“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə niyə əvvəlcə yaxın dostu Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmağa qərar verib? Hiyləgər gedişdir. Birincisi, Paşinyan Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahatdır. Ona görə də o Putinlə münasibətləri istiləşdirməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikir səsləndirib.