EN

"Liverpul"un Alvares planı

"Liverpul" "Atletiko Madrid"in hücumçusu Julian Alvareslə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Anfield Watch" məlumat yayıb.

Mənbənin məlumatına görə, “döşək ustaları” argentinalı futbolçu ilə maraqlanan klublardan 100 milyon funt-sterlinqdən (119 milyon avro) çox pul istəyəcək. Mersisaydlıların  25 yaşlı oyunçunu almaq üçün forvard Darvin Nunesi də daxil edə biləcəyi vurğulanır. "Qırmızılar" uruqvaylıya 80 milyon funt-sterlinq (95,2 milyon avro) qiymət qoyub.

Alvares bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Chosen
27
90deqiqe.az

1Sources