EN

Amerika tankerinə çırpılan gəminin kapitanı Rusiyalıdır – Pentaqona yanacaq daşıyırmış

Britaniya polisi Sankt-Peterburqdan olan 59 yaşlı kapitan Vladimir Motini səhlənkarlıqda ittiham edib. İstintaqın məlumatına görə, o, Şimal dənizində Amerika tankeri ilə toqquşan Portuqaliya bayrağı altında üzən "Solong" konteyner gəmisinə rəhbərlik edib.

Toqquşmabazarertəsi, martın 10-dasəhərsaatlarındabaş verib. Qəzanəticəsində hərikigəmiyanıb, “Solong”unbirekipaj üzvü itkindüşüb. Portuqaliyanın konteyner gəmisi ilə toqquşan “Stena Immaculita” tankeri Pentaqon üçün təyyarə yanacağı daşıyırmış.

Motin saxlanılıb və polis nəzarətindədir. Rusiya səfirliyindən TASS-a verilən məlumata görə, o, özünü yaxşı hiss edir və rusiyalı diplomatlarla görüşüb. Onun vəkili var. Kapitanın məsələ ilə bağlı mövqeyi məlum deyil.

AzPolitika.info

Chosen
3
1
hurriyyet.az

2Sources