EN

Belqradda aksiya keçirilir

Serbiyanın paytaxtı Belqradda 30 mindən çox insanın iştirakı ilə etiraz aksiyası keçirilir.

"Unikal" xəbər verir ki, ölkənin müxtəlif şəhərlərindən traktorlar, velosipedlər və motosikletlərlə gələn insanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə paytaxta toplaşıblar.

Məlumata görə, bu aksiya ölkə tarixində ən böyük nümayişlərdən biridir. “15 nəfər üçün ayın 15-i” devizi ilə keçirilən aksiyada insanlar əllərində bayraqlarla şüarlar səsləndirirlər.

Serbiya Prezidenti Aleksandar Vuçiç aksiyanın dinc keçməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü və təhlükəsizlik qaydalarına əməl etməyənlərin cəzalandırılacağını deyib.

Daxili işlər naziri İvitsa Daçiç isə gecə saatlarında bir neçə insidentin baş verdiyini və 13 nəfərin saxlanıldığını bildirib.

Chosen
18
5
unikal.az

9Sources