EN

FIFA referisi "Qarabağ"ın oyunundakı səhvinə görə cəzalandırılıb

FIFA referisi Kamal Umudlu AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker tərəfindən cəzalandırlaraq Əvəzedicilər Liqasına göndərilib.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb baş hakimin Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” (1:3) oyunundakı kobud səhvləri olub.

“Fit sahibi” matçın 83-cü dəqiqəsində baş verən davaya görə Naxçıvan komandasının futbolçusu Felipe Santosu meydandan qovsa da, hadisədə iştirak edən rəqib oyunçular Musa Qurbanlı və Elvin Cəfərquliyevə sarı vərəqə göstərməklə kifayətlənib. Lakin epizodu incələyən AFFA İntizam Komitəsi "Qarabağ"ın hər iki üzvünü 1 oyunluq cəzaya məruz qoyub.

Qətiyyətsizliyi üzündən referi bu həftə Əvəzedicilər Liqasında XXVII turun “Turan Tovuz-2” – “Sumqayıt-2” görüşünə göndərilib. Hazırda davam edən matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

Qeyd edək ki, Kamal Umudlu FIFA referisi dərəcəsinə 2023-cü ilin dekabrında yiyələnib.

İdman.biz

Chosen
21
idman.biz

1Sources