EN

Daliya Itzik səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

Bakı. Trend:

Beynəlxalq əməkdaşlıq qlobal sağlamlıq problemlərinin həllində,xüsusilə pandemiya və iqlim dəyişikliyi kontekstində əsas roloynayır.

Trend xəbər verirki, bunu 2007-ci ildə İsrail Prezidenti, Knessetin keçmiş sədri,Hadassah Tibb Təşkilatının sədri Daliya İtzik XII Qlobal BakıForumu çərçivəsində "Qlobal səhiyyə böhranda: Hazırlılıq vəbərabərlikdə yeni cəbhələr" mövzusunda panel müzakirəsi zamanıdeyib.

"Sərhədlər virusların yayılmasını dayandıra bilməz, buna görə dəölkələr arasında təcrübə və bilik mübadiləsi vacibdir. Beynəlxalqəməkdaşlıq qlobal sağlamlığın möhkəmləndirilməsinə töhfə verəntibbi texnologiyaların, tədqiqatların və innovasiyalarınyayılmasına imkan verir", - o deyib.

Onun sözlərinə görə, İsrail fövqəladə hallara cavab verməkdəəhəmiyyətli təcrübə toplayıb ki, bu da ölkənin səhiyyə sisteminəCOVID-19 pandemiyası kimi çağırışlara tez uyğunlaşmağa imkanverib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Chosen
12
1
az.trend.az

2Sources