Bakı. Trend:
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə, həmçinin butəşkilata üzv olan ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir vətəşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinintərəfdarıdır.
Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev martın15-də İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüşdə bildirib.
Əsəd Məcid Xan Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu,ölkəmizin təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətindəmüxtəlif təşəbbüslərlə çıxış etməsindən məmnunluğunu ifadəedib.
Görüş zamanı üzv ölkələr arasında ticarət, nəqliyyat, maliyyə,turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsindəİƏT-in mühüm rol oynaya biləcəyi qeyd edilib, sahəvi nazirlərinin,o cümlədən maliyyə nazirlərinin toplantılarının, həmçinin üzvölkələrin iş adamlarının iştirakı ilə biznes forumlarınkeçirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, İƏT Ticarət və İnkişaf Bankının rolunun daha daartırılmasının, Bank tərəfindən regionda ticarət və nəqliyyatəlaqələrinin, həmçinin üzv ölkələrin iqtisadi inkişafına töhfəverəcək layihələrin maliyyələşdirilməsində yaxından iştirakınınvacibliyi qeyd olunub.