EN

"Holandın etdikləri inanılmazdır, amma..." -Xosep Qvardiola

Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın norveçli hücumçusu Erlinq Holandın İngiltərə Premyer Liqasında (İPL)100 məhsuldar göstərici həddinə çatmağa yaxın olmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X"  hesabı üzərindən belə çatdırıb:

"Holandın etdikləri inanılmazdır, amma mən daha artığını istəyirəm. Erlinq komandaya daha çox kömək etməlidir ki, bu mövsüm istəyimizə çataq. O, "Mançester Siti"yə gələndən möhtəşəm rəqəmlərlə diqqət çəkir".

Qeyd edək ki, Holand 2022-ci ildən "şəhərlilər"in formasını geyinir. O vaxtdan bəri İPL-də 93 matça çıxan ön xətt oyunçusu 83 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Chosen
1
fanat.az

1Sources