Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiqlənməsi barədə qərar imzalayıb.

İndex.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Saziş çərçivəsində istehsal olunan “yaşıl enerji”nin Xəzər dənizi vasitəsilə ötürülməsi təşkil ediləcək, layihə isə Qara dənizi birləşdirən enerji kabeli ilə əlaqələndiriləcək. Energetika Nazirliyi beynəlxalq sazişin həyata keçirilməsinə görə məsul olan səlahiyyətli orqan təyin edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanıb. (Report.az)