Azərbaycanda bir neçə dərman istehsalı müəssisəsi quraşdırılır.
Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, layihəyə görə həmin müəssisənin birində dərman vasitələrinin hazırlanması nəzərdə tutulur:
"Təbii ki, burada tibb elminin son nailiyyətlərinə əsaslanan istehsal olacaq".