EN

XII Qlobal Bakı Forumunda daha bir panel müzakirə keçirilib

XII Qlobal Bakı Forumu çərçivəsində "Gənclər danışır, biz dinləyirik" mövzusunda panel müzakirə keçirilib.

APA xəbər verir ki, bir sıra iştirakçı ölkələri təmsil edən gənclər iqlim dəyişikliyi problemi, qlobal siyasi məsələlər, investisiya və sahibkarlıq fəaliyyətinin inkişafı məsələləri də daxil olmaqla, bir sıra istiqamətlərdə fikir mübadiləsi aparıblar.

Spikerlər bildirib ki, bir sıra qlobal məsələlərlə bağlı qərarların qəbul edilməsi zamanı gənclərin fikirlərinə yer verilməsi böyük önəmə malikdir.

Paneldə müasir cəmiyyətin qarşılaşdığı əsas çağırışlarla bağlı əyani təşəbbüslərin irəli sürülməsi təklif edilib.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasınım (COP29) gənclər arasında iqlim çempionu Leyla Həsənova gənclərin bu sahədəki təşəbbüslərinə diqqət yetirilməsinin vacibliyindən danışıb.

Panel müzakirəsi digər çıxışlarla davam etdirilib.

Chosen
14
2
apa.az

3Sources