EN

Premyer Liqa: XXVII turun növbəti oyunları keçiriləcək

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbətioyunlar keçiriləcək.

Trend xəbər verir ki, ilkolaraq “Kəpəz” Tovuz şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək.Qarşılaşma saat 17:00-da start götürəcək.

Günün ikinci matçında "Zirə" "Sabah"ın qonağı olacaq. "BankRespublika Arena"da təşkil olunacaq görüş saat 19:30-dabaşlayacaq.

Hazırda Ağdam təmsilçisi 63 xalla turnir cədvəlinə başçılıqedir. "Zirə" 51 xalla ikinci, "Sabah" 34 xalla beşinci, Gəncə klubuisə 22 xalla doqquzuncu pillədə yer alır.

Qeyd edək ki, turun ötən gün "Araz-Naxçıvan" və "Şamaxı"komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablıheç-heçə qeydə alınıb.

Məqalədə:
Chosen
24
4
az.trend.az

7Sources