EN

Avtobusları telefondan izləyə biləcəyik: Yeni proqram hazırlanır

“Dayanacaqlarda hansısa lövhənin, məlumatın yaxud qrafikin yerləşdirilməsi hələki nəzərdə tutulmayıb”.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov bloger Anar Əliyevə müsahibəsində deyib.

Onun sözlərinə görə, lövhələrə alternativ olaraq AYNA "MaaS" proqramı hazırlanıb:

“Tətbiqin formalaşması gedir və həmin tətbiq vasitəsilə sərnişinlər marşrutların istiqamətləri, qrafiki, dayanacaqdan keçən marşrutlar barədə, onların dayanacağa yaxınlaşma müddəti barədə əldə edə biləcəklər. Proqramın geniş ictimaiyyətə təqdim edilməsi yaxın zamanda həyata keçiriləcək”.

"Cebheinfo.az" 

Chosen
4
8
cebheinfo.az

10Sources