EN

Premyer Liqa: XXVII turun növbəti oyunları keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbəti oyunlar keçiriləcək.

Day.Az xəbər verir ki, ilk olaraq "Kəpəz" Tovuz şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.

Günün ikinci matçında "Zirə" "Sabah"ın qonağı olacaq. "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 19:30-da başlayacaq.

Hazırda Ağdam təmsilçisi 63 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 51 xalla ikinci, "Sabah" 34 xalla beşinci, Gəncə klubu isə 22 xalla doqquzuncu pillədə yer alır.

Qeyd edək ki, turun ötən gün "Araz-Naxçıvan" və "Şamaxı" komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Chosen
10
4
day.az

7Sources