Futzal üzrə Azərbaycan millisinin AVRO-2026-nın əsas mərhələsində Yunanıstana məğlubiyyəti FIFA reytinqində də öz təsirini göstərəcək.
Sportinfo.az xəbər verir ki, Afinadakı 2:3 hesablı məğlubiyyət geriləməyimizə səbəb olacaq.
Əvvəlki reytinq cədvəlində 32-ci pillədə düşən Vitali Borisovun yetirmələri daha 2 addım geriləyib. Komandamızın hazırkı durumda 34-cü sırada yer aldığı proqnozlaşdırılır. Çünki milli 7 xal itirib.
Dünya reytinqinə Braziliya başçılıq edir. Portuqaliya 2-ci, Argentina 3-cü pillədə qərarlaşır.