EN

Durov Fransadan çıxaraq bu ölkəyə getdi

"Telegram"ın qurucusu Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edərək Dubaya gedib.Metbuat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisdə saxlanılaraq həbs edilmiş, daha sonra isə azad edilmişdi. Qeyd edək ki, bir milyarda yaxın istifadəçisi olan “Telegram” Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. “Facebook”, “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok” və “Wechat”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.Rusiya əsilli Durov “Telegram”ı 2013-cü ildə qardaşı ilə birlikdə yaradıb. O, 2014-cü ildə satdığı “VKontakte” sosial media platformasında hökumətin müxalifət icmalarını bağlamaq tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib.

Bəzi analitiklərin müharibə üçün “virtual döyüş meydanı” adlandırdığı “Telegram” Ukrayna Prezidenti Volodimir Zelenski və onun rəsmiləri, habelə Rusiya hökuməti tərəfindən sıx şəkildə istifadə edilən platformaya çevrilib.

Chosen
9
metbuat.az

1Sources