EN

KİV: Pavel Durov Fransanı tərk edərək Dubaya yollanıb

“Telegram”ın həmtəsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edərək Dubaya yollanıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “AFP” xəbər verir.

Qeyd edək ki, Durov son vaxtlar Fransada yaşayırdı və ona qarşı başladılan istintaqla əlaqədar məhkəmə nəzarəti altında idi.

P.Durov 2024-cü ilin avqustunda Parisin Le-Burje hava limanında saxlanılmışdı. O, bir neçə gün həbsdə saxlanıldıqdan sonra 5 milyon avro girov müqabilində və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə azadlığa buraxılmışdı. Ona Fransa ərazisini tərk etmək qadağan edilmişdi.

Chosen
8
4
missiya.az

7Sources