EN

SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL


İngiltərənin “The Telegraph” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hədəfləri və Türkiyənin müdafiə sənayesini təhlil edib.

Musavat.com xəbər verir ki, məqalədə Türkiyənin siyasi səhnədəki rolunun yenidən formalaşdığı vurğulanıb.

Xüsusilə Rusiyanın Ukraynanı işğalından sonra Türkiyənin mövqeyinin Avropa ilə əlaqələrini gücləndirdiyi qeyd edilib.

Qəzet Rusiya ilə mümkün bir müharibə vəziyyətində “ABŞ-ın dəstəyinə güvənilə bilməyəcəyi gerçəyi ilə üzləşən Avropa üçün Türkiyənin əvəzolunmazlığını” vurğulayıb. Prezident Ərdoğanın “Türkiyə olmadan Avropa təhlükəsizliyini təmin etmək düşünüle bilməz” sözlərinə istinad edərək, “Avropanın Türkiyəyə ehtiyacı olduğu mövzusunda çox az şübhə var” - deyə, qeyd edib.

Məqalədə Türkiyənin diplomatik gücünə də diqqət çəkilib və Ərdoğanın həm Rusiya, həm də Ukrayna ilə yaxın əlaqələrə sahib olan az sayda dünya liderlərindən biri olduğu bildirilib. Bundan əlavə, Türkiyənin Suriya, Liviya və Qarabağda Rusiyanın dəstəklədiyi hökumətlərə və silahlı qruplara qarşı hərbi müdaxilələr etdiyi, beləliklə, Rusiyaya qarşı döyüş təcrübəsi olan az sayda ölkələrdən biri olduğu qeyd edilib.

Türkiyənin həm quru, həm də dəniz sərhədlərində strateji əhəmiyyətə sahib olduğu və NATO-nun ikinci ən böyük ordusuna sahib olduğu vurğulanıb. Bu səbəbdən Türkiyənin Avropanın müdafiəsində kritik bir tərəfdaş olduğu bildirilib.


Chosen
42
nuh.az

1Sources