EN

XİN: Türkiyə İslamofobiya ilə mübarizə təşəbbüslərini dəstəkləyir

"Türkiyə İslamofobiya ilə mübarizə təşəbbüslərini qətiyyətlə dəstəkləməyə davam edəcək".

İki sahil”in məlumatına görə, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin 15 Mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə yaydığı məlumatda qeyd edilib.

Açıqlamada 2019-cu il martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində törədilən dəhşətli terror aktının altıncı ildönümü olduğu xatırladılıb və “Hücumda həyatını itirən bir vətəndaşımız da daxil olmaqla 51 nəfərin xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik” deyilir.

Bəyanatda İslamofobiyanın təkcə müsəlman icmaları üçün deyil, həm də qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükə yaratdığı vurğulanıb: "İslam dəyərlərinə qarşı davam edən hücumlar beynəlxalq ictimaiyyətin islamofobiya ilə mübarizədə daha çox səy göstərməli olduğunu ortaya qoyur. Türkiyə İslamofobiya ilə mübarizə təşəbbüslərini qətiyyətlə dəstəkləməyə davam edəcək".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
16
ikisahil.az

1Sources